Təbriz və Urmiyada çirkli hava təhlükəsi

Videonun alt yazısı, Təbriz və Urmiyada çirkli hava təhlükəsi
Təbriz və Urmiyada çirkli hava təhlükəsi
Çap edildi

İranda Şərqi və Qərbi Azərbaycan vilayətlərinin böyük şəhərlərində əhali hava kirliliyinin bu qış daha da şiddətli və təhlükəli həddə çatacağından narahatdır. Öncəki illərdə vəziyyət əsasən qış aylarında ciddiləşirdi. Ancaq bu il payızın ortalarından havanın keyfiyyəti oldquca pisləşməyə başlayıb. Bəzi yerlərdə məktəblər bağlanıb.

Sosial media kanalları şəhərlərin tüstü-duman içində olduğunu göstərən görüntülər paylaşırlar. Bunları daha çətin bir qışın əlaməti sayırlar. Özəlliklə ailələr, yaşlılar və tənəffüs yolu xəstələri iş və təhsilin axsaması və xəstəliklərin artmasından narahatdırlar.

Bu bölgələrdə şiddətli hava kirliliyinin əsas səbəbləri ağır trafik, köhnəlmiş nəqliyyat vasitələri, keyfiyyətsiz yanacaq və qış aylarında mazut yandırılmasıdır.

Son illərdə Təbriz elektrik stansiyasında mazut yandırılması ictimai fəallar və bəzi yerli siyasətçilərin etirazına səbəb olub. Onların dediyinə görə, ölkənin mərkəzi bölgələrindəki böyük şəhərlərdə mazutdan istifadəni azaltmaq üçün göstərilən diqqət Təbriz kimi şəhərlərə göstərilmir.

İran Enerji Nazirliyi isə bu qış elektrik stansiyalarında mazut yandırılmasının davam edəcəyini bildirib. Nazirliyin açıqlamasına görə, yanacaq çatışmazlığı və savaş nəticəsində təbii qaz təsislərinin zərər görməsi vəziyyəti öncəki illərdaha da çətinləşdirib.