Qaranquş yuvasına görə evin sökülməsi dayandırılıb

Evdə 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər

Şəklin mənbəyi, De Agostini

Şəklin alt yazısı, Evdə 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər
    • Müəllif, Dünya medianın gözü ilə
    • Vəzifə, BBC Monitoring
  • Çap edildi

Çinin şərqindəki Çjetszyan vilayətində köhnə evi sökməyə hazırlaşan mühəndislər evdə qaranquş yuvası aşkar olunduqdan sonra işləri təxirə salıblar.

Bu barədə People Daily nəşri xəbər verir.

Geoloji baxımdan təhlükəli bölgədə yerləşən evi sökməyə gələn mühəndislər civilti eşidəndən sonra 4 yuva, qaranquş balaları və yumurtalar aşkar ediblər.

Onların müraciət etdiyi ekologiya şöbəsi quşlara toxunmamağı tövsiyə edib.

Beləki, qaranquşlar balalarına hopan insan qoxusuna görə onlardan imtina edə bilər.

Söküntü işləri quşlar yuvanı tərk edəndən sonra bərpa olunmalıdır.

Çində yeni salınmış məhəllələrdə yeni binalarla əhatə olunan köhnə evlərə rast gəlmək olar ki, onların sahibləri vaxtilə evdən çıxmağa razılaşmayıblar.

Lakin belə görünür, indiyədək quş yuvasına görə evin sökülməsinin dayandırılması halları qeydə alınmamışdı.