Daha yaxşı anlayaq: BBC News Azərbaycanca rəqəmsal məzmununu iki yeni video seriyası ilə genişləndirir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
BBC News Azərbaycanca rəqəmsal məzmununu iki innovativ qısa video layihəsi ilə genişləndirib.
Bu layihələrdən biri insanların gündəlik həyatına birbaşa təsir edən iqtisadi anlayışları daha yaxşı başa düşməsinə kömək edir, digəri isə Azərbaycan dilində geniş işlənən sözlərin mənşəyini və tarixini araşdırmağa dəvət edir.
"Daha yaxşı anlayaq" mürəkkəb iqtisadi və sosial mövzuları izah etmək üçün hazırlanmış animasiya seriyasıdır.
Qısa və sadə dillə hazırlanan videolar insanların həyatına təsir edən inflyasiya, qiymət artımı, pensiya, vergi və monopoliya kimi mövzuları və iqtisadi anlayışları izah edir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 1
"Sözlərimiz haradan gəlir?" isə Azərbaycan dilində işlənən bəzi sözlərin mənşəyini araşdıran yüngül və maarifləndirici qısa video seriyasıdır.
Videolarda bu sözlərin zamanla necə dəyişdiyi və bugünkü mənalarını qazanmasında dilin, mədəniyyətin və tarixin hansı rol oynadığı göstərilir.
Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Paylaşımın sonu YouTube, 2
BBC News Azərbaycancanın redaktoru Könül Xəlilova deyir: "Hər iki layihə, təhsil səviyyəsindən asılı olmayaraq, auditoriyamızı məlumatlandıran, maarifləndirən və onların marağını cəlb edən məzmun hazırlamaq öhdəliyimizin bir hissəsidir. Hər kəsin əlçatan, sadə və maraqlı vizual hekayələr vasitəsilə insanların həyatlarının bir hissəsi olan mövzuları və anlayışları daha yaxşı başa düşmələrinə kömək etmək, eyni zamanda onlara Azərbaycan dilini və mədəni irsini formalaşdıran bəzi sözlər haqqında daha çox məlumat vermək istəyirik".
Yeni seriyalar BBC News Azərbaycancanın bütün platformalarında əlçatandır: bbc.com/azeri saytında, eləcə də xidmətin Facebook, Instagram, TikTok, WhatsApp, X və YouTube kanallarında.
BBC World Service-in bir hissəsi olan BBC News Azərbaycanca hər həftə 1,3 milyon nəfərlik auditoriyaya çatır (BBC Global Audience Measure 2026).
BBC World Service video, audio və onlayn platformalar vasitəsilə, o cümlədən ingilis dili də daxil olmaqla, 45 dildə dünya üzrə xəbər və cari hadisələr barədə məzmun təqdim edir.
BBC, əsasən, BBC Dünya Xidməti vasitəsilə həftəlik 502 milyon nəfərlik auditoriyaya çatır və dünyada ən etibarlı xəbər mənbəyi hesab olunur.
Beynəlxalq xəbər təşkilatları arasında BBC, həmçinin qlobal auditoriya tərəfindən müstəqilliyinə və etimad səviyyəsinə görə birinci yerdə qiymətləndirilir.






















