"Azərbaycan artıq əvvəlki Azərbaycan deyil" - Şahin Cəfərli
Politoloq Şahin Cəfərli BBC Azərbaycancaya müsahibəsində bildirib ki, Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan özünü əvvəlki dövlət kimi görmür.
Onun fikrincə, Bakı artıq regional və qlobal siyasətdə daha iddialı mövqe tutur, özünü xarici dəstəyə ehtiyacı olan kiçik ölkə deyil, "orta güc" səviyyəsində bir aktor kimi təqdim edir.
Cəfərli hesab edir ki, bu dəyişiklik Azərbaycanın xarici siyasətinə də təsir göstərir.
Onun sözlərinə görə, Bakı həm qonşu dövlətlərlə, həm də Türkiyə ilə münasibətlərini daha çox bərabərhüquqlu tərəfdaşlıq prinsipi üzərində qurmağa çalışır.
Politoloq Azərbaycan-Türkiyə münasibətlərində zaman-zaman müşahidə olunan gərginliklərin əsas səbəblərindən birinin də məhz Azərbaycanın özünü yeni statusda görməsi olduğunu deyir.



