Pul necə yarandı?

Videonun alt yazısı, Pul necə yarandı?
Pul necə yarandı?
Çap edildi

Deyək ki, Əlinin artıq yumurtası, Vəlinin isə artıq alması var. Onlar dəyiş-düyüş edə bilərlər. Yəni Əli Vəliyə yumurta təklif edə, əvəzində alma ala bilər. Bu, barterdir.

Barter insanlıq tarixində alış-verişin ilk üsullarından biridir. Bəs barter iqtisadiyyatı nədir? Bu, malların birbaşa dəyişdirilməsi yolu ilə aparılan alış-verişdir.

Əkinçilik cəmiyyətlərinin inkişafı ilə birlikdə buğda və arpa kimi taxıl məhsulları da alış-verişdə barter kimi istifadə olunmağa başladı.

Çünki bunları saxlamaq və ölçmək mümkün idi. Lakin çox qiymətli bir şey almaq üçün tonlarla taxıl daşımaq heç də praktik deyildi. Bunun nəticəsi olaraq, meydana sikkələr çıxdı.

İnsanlar qızıl və gümüş kimi qiymətli metallardan sikkələr hazırlamağa başladılar.

Məlum olan ən qədim sikkələr təxminən eramızdan əvvəl 7-ci əsrdə Lidiyada, indiki Qərbi Anadoluda, yəni bugünkü Türkiyədə meydana çıxdı.

Lakin çox böyük alış-verişlər zamanı çoxlu sayda sikkə daşımaq da çətin idi.

Zamanla kağız pullar və əskinaslar meydana çıxdı. İlk kağız pullar 11-ci əsrdə Çində istifadə olunmağa başladı.

Bu gün isə fiziki pul daşımadan bank köçürmələri və elektron ödəniş sistemləri vasitəsilə dünyanın bir çox yerinə böyük məbləğdə pul göndərmək mümkündür.