Traktorun 3-0 məğlub elan edilməsinə etirazlar davam edir

Videonun alt yazısı, Traktorun 3-0 məğlub elan edilməsinə etirazlar davam edir
Traktorun 3-0 məğlub elan edilməsinə etirazlar davam edir
Çap edildi

Azərbaycan vilayətlərində İran Futbol Federasiyasının Traktor komandasına qarşı qərarına etirazlar davam edir.

Etirazlar Federasiyanın İntizam Komitəsinin baş tutmayan Traktor–Mələvan (Malavan F.C.) oyununda Traktoru 3-0 hesabı ilə məğlub elan etməsindən sonra başladı. Komitə Mələvan komandasından da iki puan kəsdi.

Təqribən 15 gün əvvəl Traktor Mələvan Ənzəli ilə oyundan öncə meydanı tərk etmişdi. Klub rəqib tərəfdarların irqçi şüarlarına görə oyundan çəkildiyini açıqlamışdı.

Mələvanın açıqlamasına görə, Traktor tərəfinin "Astara, heyranım, gözəl Azərbaycanım" şüarı onların tərəfdarlarını qəzəbləndirmişdi. Mələvan klubu bu şüarı Gilana qarşı ərazi iddiası kimi görür.