Əfsanəvi boksçu Məhəmməd Əli sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilib

Şəklin mənbəyi, AP
Çap edildi
Boks üzrə üçqat dünuya çempionu Məhəmməd Əli ağ çiyər iltihabı diaqnozu ilə xəstəxanaya çatdırılıb.
Məhəməd Əlinin mətbuat katibinin jurnalistlərə bildirdiyinə görə, əfsanəvi boksçu sabit vəziyyətdədir.
Onun sözlərinə görə, həkimlərin proqnozu ümidvericidir və, çox gümankı, Məhəmməd Əlinin xəstəxanada uzun müddət qalmasına ehtiyac yaranmayacaq.
1984-cü ildə, idman karyerasının başa çatmasından 3 il keçdikdən sonra, Məhəmməd Əlidə Parkinson xəstəliyi aşkar edilmişdi.
Son zamanlar əfsanəvi boksçu ictimaiyyət qarşısına çox nadir hallarda çıxır.
Buna baxmayaraq, bu ilin sentyabr ayında doğma Luisville şəhərində Məhəmməd Əli onun adı verilmiş humanitar mükafatın təqdim edilməsi mərasimində iştirak etmişdi.


















