İranda varlıyla kasıb arasında uçurum dərinləşir
İranda varlıyla kasıb arasında uçurum dərinləşir
Çap edildi
Son bir ildə İranda təxminən 450 min nəfər işini itirib, işsizlərin sayı isə 2 milyon yarıma çatıb.
Bu barədə İran Statistika Mərkəzinin yeni hesabatında deyilir.
Rəsmi statistikaya görə,1 milyon 300 mindən çox tam zamanlı iş yeri aradan qalxıb. Ən böyük azalma isə sənaye sektorunda qeydə alınıb.
Eyni zamanda, ölkədə illik rəsmi inflyasiya 66 faizə yüksəlib. Ancaq bahalaşmanın yükü cəmiyyətin bütün təbəqələri üçün eyni deyil.



