Azərbaycanda keçmiş nazirlər niyə Baş nazirin müavini olur?
Şahin Mustafayev, Samir Şərifov və Teymur Musayevi birləşdirən nədir?
Onların hər üçü nazir vəzifəsindən ayrıldıqdan sonra Baş nazirin müavini təyin olunublar.
Son nümunə Teymur Musayevdir. O, bir neçə gün əvvəl səhiyyə naziri vəzifəsindən azad edilərək Baş nazirin müavini vəzifəsinə gətirilib.
Bundan əvvəl də bənzər təyinatlar Samir Şərifov və Şahin Mustafayevlə bağlı olub.
Uzun illər maliyyə naziri olmuş Samir Şərifov 2025-ci ildə Baş nazirin müavini vəzifəsinə gətirilib.
Şahin Mustafayev isə iqtisadiyyat naziri postundan ayrıldıqdan sonra 2019-cu ildə Baş nazirin müavini təyin olunub.
Siyasi təhlilçi Araz Əliyev hesab edir ki, Azərbaycanda tək adam idarəçiliyinə sədaqət əsasdır və bunu edən məmurlar vəzifələri bitəndən sonra mükafatlandırılır".
Oxşar kadr dəyişiklikləri təhlükəsizlik sahəsində də baş verib.
Təxminən 25 il daxili işlər naziri olmuş Ramil Usubov 2019-cu ildə vəzifəsindən ayrıldıqdan sonra Təhlükəsizlik Şurasının katibi təyin edilib.
Daha sonra Mədət Quliyev də müdafiə sənayesi naziri vəzifəsindən Təhlükəsizlik Şurası katibinin müavini postuna keçirilib.



