Şəmkir sakini: "Azəriqazın etdiyi bezdirmədir"

Videonun alt yazısı, Şəmkir sakini: "Azəriqazın etdiyi bezdirmədir"
Şəmkir sakini: "Azəriqazın etdiyi bezdirmədir"
Çap edildi

Şəmkir sakini Şaiq Məmmədov deyir ki, təxminən iki ilə yaxındır tikdirdiyi evinə qaz xətti çəkdirə bilmir.

Onun sözlərinə görə, qazlaşdırma üçün lazım olan sənədləri ASAN Xidmət vasitəsilə rəsmiləşdirib. Ancaq bundan sonra proses gözlədiyi kimi getməyib.

Şaiq Məmmədov bildirir ki, regional qaz idarəsi ona xəttin çəkilməsi ilə bağlı podratçı şirkətlərlə razılaşmağı tövsiyə edib.

Podratçı şirkətlər ondan çox pul istəyiblər, Şaiq Məmmədov bildirib.

Şikayətçi deyir ki, evinin yerləşdiyi ara küçədə qaz paylayıcı şəbəkə qurulmadığı üçün podratçı şirkətlər vasitəsilə xətt çəkdirmək ona baha başa gəlir.

Onun sözlərinə görə, bu səbəbdən məsələ uzun müddətdir həllini tapmır.

Şaiq Məmmədov bildirir ki, bir ildən artıqdır Azəriqaza, Milli Məclisə və digər dövlət qurumlarına müraciətlər göndərir.

Amma o, müraciətlərinə istədiyi cavabı ala bilmədiyini deyir.

"Elə edirlər ki, vətəndaş bezsin, vətəndaş gedib öz cibindən ödəsin vəsaiti. Bunu 5 yaşında bağça uşağı da başa düşər. Bunun başqa adı yoxdur", - Şaiq Məmmədov deyib.

Şaiq Məmmədov Azəriqazı "bezdirmə siyasəti" aparmaqda ittiham edir.

BBC Azərbaycanca şikayətlə bağlı Azəriqaza sorğu göndərib.

Video hazırlanıb dərc olunan vaxta qədər Azəriqazdan bu ittihamlara cavab almaq mümkün olmayıb.