Koroğlu tamaşası Tehranda da böyük rəğbət qazanıb

Videonun alt yazısı, Koroğlu tamaşası Tehranda da böyük rəğbət qazanıb
Koroğlu tamaşası Tehranda da böyük rəğbət qazanıb
Çap edildi

Təbrizdə izləyici rekordu qıran türkcə "Koroğlu" tamaşası Tehranda da böyük rəğbətlə qarşılanıb. Həftə sonu İranın paytaxtında minlərlə insan bu müzikalı izləyib.

Tamaşanın Tehranda səhnəyə qoyulması mədəni fəallar və sənətçilərin diqqət və dəstəyini qazandı. Bir sıra tanınmış sənətçilər video mesajları ilə sənətsevərləri tamaşanı izləməyə çağırdılar.

Azərbaycan vilayətlərində mədəni fəallar "Koroğlu"nun Tehranda rəğbət görməsini yüksək qiymətləndirirlər. Bunu Azərbaycanın istedadlarını tanıtmaq və ölkədə türkcə teatrın gələcəyi üçün önəmli bir addım sayırlar.

"Koroğlu" tamaşası Təbrizdə səhnədə ikən mübahisələrə səbəb olmuşdu. Rejissoru Yaqub Sədiqcamalinin bəzi açıqlamaları və qadınların mahnı və rəqs səhnələri etirazlara yol açmışdı. Tamaşanı pan-türkizm təbliğatında ittiham edənlər də olmuşdu.

Son illərdə Təbriz başda olmaqla Azərbaycan vilayətlərində fərqli janrlarda türkcə tamaşaların artması həm vətəndaşların, həm də medianın diqqətini cəlb edib. Bu oyunlar çeşidlilik, ifa keyfiyyəti və yüksək izləyici marağı ilə son aylarda bölgənin səhnə sənətində yeni bir dönəmin qapısını açıb.