"Müğənni" sünbülqıran, "fikirli" qorilla və "kamera sevməyən" ayı - Vəhşi heyvanlar fotomüsabiqəsinin finalçıları

Sünbülqıran
Şəklin alt yazısı, Bu sünbülqıran sanki "O sole mio" mahnısını ifa edir
Çap edildi

Bu il Comedy Wildlife Photography Awards müsabiqəsinə təqdim edilən fotolarda heyvanlar ən gözlənilməz vəziyyətlərdə təsvir olunub.

Su samuru balası ilə
Şəklin alt yazısı, Su samuru balası ilə
Yenot ağagda ilişib
Şəklin alt yazısı, Bu yenot ağacın budaqlarında ilişib, yoxsa belə dincəlir?
Hindistanda meymun
Şəklin alt yazısı, Bu meymun digər meymunların quyruğundan yellənmək üçün istifadə edir
Səhrada tülkü və siçan
Şəklin alt yazısı, İsrail səhrasında "çətin danışıqlar"
Botsvanada bir meymun
Şəklin alt yazısı, Bu meymun isə elə bilir ki, onu heç kim görmür
Qorilla - Uqanda milli parkında
Şəklin alt yazısı, Deyəsən bu qorillanın kefi pozulub
Şotlandiyada bu Atlantika puffinlərinin dostluğu deyəsən, sona yetir
Şəklin alt yazısı, "Bunların hamısını həzm edə biləcəksən? Bəlkə, paylaşasan?"
Şpitsbergen adasında ağ ayı
Şəklin alt yazısı, "Mənim o qədər işim-gücüm qalıb... Şəkil çəkməyə yer tapmadız?"
Kanar adalarındakı bu tutuquşu balığının (sparisoma cretenseс) kefi həmişə yaxşıdır
Şəklin alt yazısı, "Şəklimi çəkirsiniz? Buyurun, həmişə hazır"

Fotomüsabiqənin qalibləri oktyabrın 22-də elan olunacaq.

***