National Geographic müsabiqəsinin ilk turu

Çap edildi

2017-ci ilin National Geographic İlin Təbiət Fotoqrafı müsabiqəsinə start verilib. Müsabiqə noyabrın 17-də başa çatır.

Sarı qurbağa
Şəklin alt yazısı, Angad Achappa bu sarı qurbağanın şəklini Hindistanın Agumbe bölgəsinin Karnataka məntəqəsində çəkib. Bu qurbağa gözünün qırağındakı rəngə görə göygöz qurbağa adı ilə də tanınır.
Qatar körpünü dumanda keçir
Şəklin alt yazısı, Tadami xətti Fukushima ilə Niigatanı birləşdirən dəmiryol xəttidir. Qatar Tadami çayı üzərindən asılan körpüdən keçərkən sərnişinlərə heyrətamiz mənzərə açılır, fotoqraf Teruo Araya deyir.
Norveçin şimalında Lofoten adaları
Şəklin alt yazısı, Norveçin şimalında Lofoten adaları. Şəkil Felix Inden tərəfindən çəkilib. Şəkil suyun qabarması zamanı çəkilib.
A horse in the middle of a green field.
Şəklin alt yazısı, Bu foto səhər saatlarında Rumıniyanın Transilvaniya bölgəsində Fundatura Ponorului təpəliyində çəkilib - atlar çəmənlikdə otlayır. Şəkil Sebastiaen tərəfindən çəkilib.
Dişi şir gərnəşdiyi anda lentə alınıb
Şəklin alt yazısı, Dişi şir gərnəşdiyi anda lentə alınıb - Masai Mara Milli Qoruğu, Kenyia. Fotonu Joel Fischer çəkib.
Vağ
Şəklin alt yazısı, ABŞ-ın Delaware ştatında yerləşən Bombay Hook Milli Qoruğunda çəkilən şəkil - vağ quşu dimdiyilə tüklərini təmizləyir. Bu şəkil Jerry am Ende tərəfindən çəkilib.
Dəvə karvanı
Şəklin alt yazısı, Avstraliyanın qərbində Todd Kennedy-nin çəkdiyi bu şəkildə Günəş batan zaman, hərəkət edən dəvə karvanının atdığı kölgə əks olunub. Şəkil yüksəklikdən çəkilib.
Ayılar çayda
Şəklin alt yazısı, Anat Gutman bu fotonu Rusiyanın Kamçatka bölgəsində çəkib. Üç aylıq olan ayı balası anası ilə çayda gəzişdiyi zaman lentə alınıb.
Quşların görüntüsü
Şəklin alt yazısı, Hər il dekabr ayı ilə mart arasında Şimali California minlərlə quşun qışlağına çevrilir. Onların arasında qaz, ördək, vağ və digər miqrasiya edən quşlar var. Fotoqraf Jassen Todorov bu şəkli böyük sürətlə uçan təyyarədən çəkib.
Mürəkkəb balıqları
Şəklin alt yazısı, Bu foto Cənubi Avstraliyada, Whyalla məntəqəsində çəkilib. Hər il burada yüz minlərlə nəhəng Avstraliya mürəkkəb balıqları cütləşmək üçün toplaşır. Şəkil Cameron McFarlane tərəfindən çəkilib.
Timsah
Şəklin alt yazısı, Suda bitən balıq otu kütləsində gizlənmiş timsah. Foto ABŞ-ın Louisiana ştatında, New Orleans-da Cole Frechou tərəfindən çəkilib.
A small skeleton shrimp.
Şəklin alt yazısı, Bu xırda krevetin şəklini fotoqraf Adam Silverman obyektin real ölçülərini 25 dəfə böyüdən obyektivi olan kamera vasitəsilə çəkib.
Qaz dəstəsi
Şəklin alt yazısı, Csaba Daroczi gölün üzünə qonan bu qaz sürüsünü dronun köməyilə çəkib. Fotoqrafın sözlərinə görə, çəkməyə başlayandan bir qədər sonra gölə kiçik bir qaz dəstəsi uçub gəldi.
Dolama yol
Şəklin alt yazısı, Fotoqraf Calin Stan-ın sözlərinə görə, bu Cheia DN1A yolu Transylvania-ya aparan dolama yoldur. "Deyilənə görə, əfsanəvi qraf Dracula bu yerləri gəzib-dolaşıb", - fotoqraf deyir.
Dağların rəngi
Şəklin alt yazısı, Alain Boudreau bu fotonu Kanadada, Mackenzie dağlarında çəkib. Şəkildə yaşıllığın tədricən boz rəng alan əraziyə yer verdiyi görünür.