Ramazan bayramı: Fələstindən tutmuş İndoneziyaya kimi - şəkillərdə

Fələstinlilərin bayram namazı
Şəklin alt yazısı, Qəzza zolağının şimalında İsrailin hava hücumlarından sonra dağıdılmış binalar arasında bayram namazını qılan müsəlmanlar. Bayram günlərinə rəğmən zorakılıq səngimək bilmir. Son məlumata görə, qarşıdurma Qəzzada ən azı 119, İsraildə isə 8 nəfərin ölümünə səbəb olub
Çap edildi

Artıq ikinci ildir ki, Ramazan bayramı koronavirus pandemiyası ilə bağlı məhdudiyyətlər şəraitində keçirilir. BBC News Azərbaycanca dünya boyu müsəlmanların qeyd etdiyi bayramın ortaya çıxardığı mənzərələrə nəzər salıb.

Türkiyədə məsciddə Ramazan namazı qılanlar
Şəklin alt yazısı, Türkiyənin İstanbul şəhərindəki Fateh məscidində bayram namazına qatılan bu izdihamın görüntüləri havaya qaldırılan drondan çəkilib
Qadın bayram namazına qatılır
Şəklin alt yazısı, Koronavirus pandemiyasına qarşı tətbiq edilən qaydalara əməl edən iranlı müsəlmanlar Tehrandakı Şah Abdül Əzim məscidində namaz qılırlar
Daşkənddəki məsciddə müsəmanlar
Şəklin alt yazısı, Özbəkistanın paytaxtı Daşkənd şəhərindəki məsciddə bayram namazına qatılan müsəlmanlar
Oğlan uşağı namaz qılır
Şəklin alt yazısı, Kosovonun paytaxtı Priştinadakı Böyük məsciddə ibadətə qatılanlar arasında bu oğlan uşağı da olub
Qadınlar əllərinı dezinfeksiya maddəsi çəkirlər
Şəklin alt yazısı, Məscidə üz tutan indoneziyalı xanımların əllərinə dezinfeksiya maddəsi püskürdülür
Şəkil çəkdirən xanımlar
Şəklin alt yazısı, Keniyanın Nairobi şəhərindəki Nur məscidində namaz qılandan sonra şəkil çəkdirən xanımlar
Məsciddə toplaşan müsəlmanlar
Şəklin alt yazısı, Bayram namazından əvvəl Niderlandın Rotterdam şəhərindəki Mövlana məscidinə müsəlmanlar toplaşır
Qahirədə bayram namazından sonra divarda asılan oyuncaqlara baxan uşaqlar
Şəklin alt yazısı, Qahirədə bayramı namazından sonra divarda asılan oyuncaqlara baxan uşaqlar

*Şəkillər müəlliflik hüququ ilə qorunur.