Bakıda anbar yanır

Videonun alt yazısı, Bakıda anbar yanır
Bakıda anbar yanır

Bakının Lökbatan qəsəbəsində yerləşən anbarların birində mayın 12-si səhər saatlarında güclü yanğın başlayıb.

Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyinin 182 nəfər yanğınsöndürəni, 40 ədəd texnikası və 2 helikopteri cəlb olunub, qurumun açıqlamasında bildirir.

Fövqəladə Hallar Nazirliyinin yaydığı ilkin məlumata görə yanğın zamanı xəsarət alan yoxdur.

Yanğına nəyin səbəb olması barədə hələlik açıqlama verilməyib.

Nazirlik bildirib ki, havanın küləkli olmasına baxmayaraq, yanğının daha deniş əraziyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb.

Qurumun məlumatında yanğın zamanı anbarın içərisində malların olduğu və yanğınsöndürənlər tərəfindən həmin malların daha təhlükəsiz əraziyə daşındığı qeyd olunub.

Lakin bu malların nədən ibarət olduğu, anbarın hansı məqsədlə istifadə edildiyi barədə məlumat verilməyib.

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir, - nazirliyin açıqlamasında bildirilir.