Bakı metrosunda nə baş verib?

Bakı metrosunda nə baş verib?

Bakı metropoliteni aprelin 22-də şənbə günü qrafiki ilə işlədiyini açıqlayıb. Bu isə o deməkdir ki, bütün istiqamətlər üzrə qatarlar arasında interval nisbətən uzadılıb.

Bakı metropoliteni bu barədə özünün Facebook sosial media hesabında paylaşım edib.

Buna səbəb isə aprelin 21-də metroda baş vermiş texniki insidentlə bağlı ətraflı araşdırmaların davam etdirilməsidir, qurumun açıqlamasında qeyd edilib.

Lakin intervaldakı dəyişikliyin nə qədər davam edəcəyi barədə məlumat verilməyib.