İlham Əliyevin X hesabına “kiberhücum olub”
İlham Əliyevin X hesabına “kiberhücum olub”
Çap edildi
Azərbaycan prezidenti İlham Əliyevin sosial media hesablarına kiberhücum olub, Azərtac xəbər verib.
Bildirilir ki, aidiyyəti qurumlar bu hücumların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görür.
Müxalifət yönümlü "Azadlıq" qəzeti İlham Əliyevin "X" hesabından götürüldüyünü iddia etdiyi ekran görüntülərinin fotosunu paylaşıb.
Həmin görüntülərdə, hazırda həbsdə olan AXCP sədri Əli Kərimli ilə bağlı paylaşımlar əks olunub.
Əli Kərimli hakimiyyəti zorla devirməyə cəhd ittihamı ilə mühakimə olunur. O bu ittihamı rədd edir.
Hazırda İlham Əliyevin X hesabında icazəsiz müdaxiləyə dair hər hansı əlamət müşahidə edilmir.



