Yerevanda Qarabağa görə Nikol Paşinyana etiraz

Oxuma vaxtı: 1 dəq

Video açılmırsa, YouTube-dan izləyin.

Ermənistan paytaxtının mərkəzində bazar günündən bəri davam edən fasiləsiz aksiyada Nikol Paşinyanın "Qarabağ məsələsində birtərəfli güzəştlər siyasətinə" qarşı etiraz səslənib.

Aksiyanın təşəbbüsçüsü Vətən Partiyası və Ermənistan Milli Məclisinin iki müxalif fraksiyasından biri - Pativ Unem (Təzim Edirəm) - fraksiyasının rəhbəri Artur Vanetsyandır.

Artur Vanetsyan 2018-ci ildən 16 ay Nikol Paşinyan hökumətində Milli Təhlükəsizliyi Xidmətinin rəhbəri vəzifəsini tutub, general-mayor rütbəsini alıb.

Vanetsyan Ermənistan vətəndaşları, erməni xalqını, onun təbirincə, baş nazir Nikol Paşinyanın "Qarabağ məsələsində birtərəfli güzəştlər siyasətinə" qarşı mübarizəyə qalxmağa çağırır.

Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel-lin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderləri - İlham Əliyev və Nikol Paşinyan arasında Brüsseldə görüş baş tutub.

Tərəflər bu ayın sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı Birgə Sərhəd Komissiyasının yaradılmasına, o cümlədən sülh sazişi üzərində işləməyə razılaşıblar.

Yerevandan Aleksey Manvelyanın reportajı.