İsraildən Pakistana kimi. Xristianlar Milad bayramını qeyd edirlər – şəkillər

Çap edildi

Katoliklər, protestantlar və digər xristian məzhəblərinin çoxu Milad bayramını ibadət və şənlik mərasimləri ilə qeyd edirlər. Biz dünya boyunca keçirilən bayram görüntülərini bir araya gətirmişik.

Vatikandakı Müqəddəs Pyotr kilsəsi
Şəklin alt yazısı, Pandemiyaya görə Vatikandakı Müqəddəs Pyotr kilsəsinə cəmi 2 minə yaxın insan toplaşıb - bu, adi illərdə bura gələnlərin təxminən beşdə birini təşkil edir
Вифлеем
Şəklin alt yazısı, Beytləhmdə ibadət, İsa Məsihin doğulduğu deyilən mağaranın üzərində tikilmiş məbəddə keçirilir. Bu, dünyanın ən qədim davamlı fəaliyyət göstərən kilsələrindən biridir
Papa Fransis
Şəklin alt yazısı, Papa Francis pandemiyaya görə həmişəkindən daha erkən keçirilən ibadətə rəhbərlik edir
Kəraçidəki Müqəddəs Andrew Kilsəsində Milad ərəfəsində keçirilən mərasim
Şəklin alt yazısı, Pakistanda ailələr - çoxu azyaşlı uşaqlarla - Kəraçidəki Müqəddəs Andrew Kilsəsində Milad ərəfəsində keçirilən mərasimə qatılıblar
Kiyevdə Milad təntənələri
Şəklin alt yazısı, Ukraynalı dindarlar Milad bayramını hansı təqvimlə qeyd edəcəklərini seçə bilər. 2017-ci ildən 25 dekabr rəsmi bayramdır
Türkiyənin Mardin şəhərindəki Kırklar kilsəsi (Mor Behnam)
Şəklin alt yazısı, Türkiyənin Mardin şəhərindəki Kırklar kilsəsində (Mor Behnam) Milad ibadətinə qatılan insanlar
Ərbil şəhərində kilsə mərasimi
Şəklin alt yazısı, İraqın şimalındakı kürd bölgəsinin mərkəzi Ərbil şəhərində ibadət mərasimində iştirak edən oğlan uşaqları
İraq
Şəklin alt yazısı, Bu şəkil də İraqdandır. Bəsrə şəhərində oğlan bayram hədiyyələri gətirən Santa Klausa doğru qaçır
Keniyanın Nayrobi şəhərində ibadət
Şəklin alt yazısı, Keniyanın Nayrobi şəhərindəki monastırda təntənəli kilsə ibadəti
Tayvan
Şəklin alt yazısı, Bayram günlərində Tayvanın Taypey şəhərindəki piyada körpüsü rəngarəng işıqlar və Yeni il bəzəklərinə görə həm yerli sakinlər, həm də turistlər arasında çox populyar olur
Hindistan
Şəklin alt yazısı, Santa Klausun nəhəng qum heykəli Hindistanın şərqindəki Odişa əyalətinin çimərliyində peyda olub. O, koronavirusa qarşı tədbirlərə riayət edilməsinin vacibliyini xatırladır
Yeni Zelandiyadakı vəhşi təbiət parkında kərgədan
Şəklin alt yazısı, Ənənəyə uyğun olaraq Yeni Zelandiyadakı vəhşi təbiət parkında kərgədan milad hədiyyəsini alır