Dünyada Milad bayramı necə qarşılandı – şəkillər

Çap edildi

Xristian təqvimində ən mühüm tarixlərdən biri olan - Milad bayramının koronovirus pandemiyası şəraitində keçdiyi üçün, bəzi yerlərdə ibadət və mərasimlər onlayn formatda aparılıb.

Roma Papasının Vatikandakı Müqəddəs Pyotr Kilsəsində keçirdiyi ibadətə məhdud sayda insan qatıla bilib.
Şəklin alt yazısı, Roma Papasının Vatikandakı Müqəddəs Pyotr Kilsəsində keçirdiyi ibadətə məhdud sayda insan qatıla bilib
Kəraçidəki Müqəddəs Andrew Kilsəsində yalnız səssiz dualara icazə verilib
Şəklin alt yazısı, Kəraçidəki Müqəddəs Andrew Kilsəsində yalnız səssiz dualara icazə verilib
Uşaqlar Yeni Dehlidəki Müqəddəs İsa Qəlbi Kafedralının girişində şamlar yandırırlar.
Şəklin alt yazısı, Uşaqlar Yeni Dehlidəki Müqəddəs İsa Qəlbi Kafedralının girişində şamlar yandırırlar
Bağdaddakı Səadət əl-Nicad Kilsəsində Milad ibadətinə qatılan İraqlı xristianlar
Şəklin alt yazısı, Bağdaddakı Səadət əl-Nicad Kilsəsində Milad ibadətinə qatılan iraqlı xristianlar
İspaniyanın Santiago de Compostela şəhərində qocalar evində Milad ərəfəsi əyləncə
Şəklin alt yazısı, İspaniyanın Santiago de Compostela şəhərində qocalar evində Milad ərəfəsi əyləncə
Sidneyin məşhur Bondi Beach çimərliyində Milad əhval-ruhiyyəsi hökm sürür.
Şəklin alt yazısı, Sidneyin məşhur Bondi Beach çimərliyində Milad əhval-ruhiyyəsi hökm sürür
Britaniyada Milad günü qocalar evindəki yaşlılara baş çəkənlər qoruyucu geyim geyinməli olurlar
Şəklin alt yazısı, Britaniyada Milad günü qocalar evindəki yaşlılara baş çəkənlər qoruyucu geyim geyinməli olurlar
Kraliça
Şəklin alt yazısı, Kraliça II Elizabeth Milad bayramı ilə bağlı ənənəvi nitqində koronavirus pandemiyasına görə dünyanın qarşılaşdığı çətinliklərdən bəhs edib. Karantinə görə bayramı ailə üzvlərindən ayrı keçirənlərə müraciət edən Kraliça onların tək olmadığını deyib.