Şəkildə gizlənən heyvanları görə bilirsiniz?

Cossus cossus
    • Müəllif, Melissa Hogenboom
    • Vəzifə, BBC Earth
  • Çap edildi

Təkamül prosesi nəticəsində bəzi bioloji növlər ətrafdakı mühitdən seçilməmək xüsusiyyətinə sahib olublar. BBC Earth müxbiri aşağıdakı 12 şəkildə olan heyvanları tapmağı təklif edir.

FOTO 1

Ən sadədən başlayaq. Görün, şəkildə adi limandanı (Limanda limanda) tapa bilirsinizmi?

Limanda
Şəklin alt yazısı, Tapdınız? Limanda sunun dibində yaşayan balıqdır.

FOTO2

Belə görünür ki, bu da yaxşı gizlənməyib. Tanış olun - qotik kəpənəyi (Orthosia gothica).

Orthosia gothica kəpənəyi
Şəklin alt yazısı, Qotik kəpənəyi (Orthosia gothica).

FOTO 3

Bu şəklə diqqətlə baxanda kiçik gecə qırğısını (Chordeiles acutipennis) görmək olar.

Kiçik gecə qırğısı (Chordeiles acutipennis)
Şəklin alt yazısı, Kiçik gecə qırğısı

FOTO 4

Kürt yatan island qumsal quşu (Calidris canutus rogersi) gözə dəyməməyə çalışır.

İsland qumsal quşu (Calidris canutus rogersi)
Şəklin alt yazısı, İsland qumsal quşunun (Calidris canutus rogersi) rəngləri ətraf mühitin rəngələrinə uyğundur.

FOTO 5

Gül hörümçəyi (Misumena vatia) özünə xudmani yer tapıb. Biz hörümçəyi görə bilsək də yırtıcılar onu xeyli axtarmalı olacaq.

Gül hörümçəyi (Misumena vatia)
Şəklin alt yazısı, Gül hörümçəyi (Misumena vatia)

FOTO 6

Bu sadəcə iki yarpağa bənzəyir: Elə deyilmi? Ama diqqətlə baxanda "yarpaqlardan" birinin kəpənək olduğunu görürsən.

Kəpənək
Şəklin alt yazısı, Kəpənəyi yarpaqdan seçmək çətindir.

FOTO 7

Burda da kimsə var? Daşlar arasında özünə yuva quran halqalı çovdarçı quşudur (Charadrius dubius).

Halqalı çovdarçı

FOTO 8

Yarpaq çəyirtkəsi (Cycloptera speculata) elə yamyaşıl yarpağa bənzəyir.

Yarpaq çəyirtkəsi (Cycloptera speculata )

FOTO 9

Ağacın üstündəki gecə kəpənəyini (Cossus cossus) görmək asan deyil.

Древоточец пахучий (Cossus cossus)

FOTO 10

Bu mərcan necə də gözəldir! Onun budaqlarına sarılan xırda dəniz ulduzlarıdır (Ophiuridae).

Ophiuridae

FOTO 11

Dişi adaçayı qırqovulu (Centrocercus urophasianus) otun arasında.

Adaçayı qırqovulu (Centrocercus urophasianus)

FOTO 12

Burada gizlənən kimdir? Qurd? Milçək? Çəyirtkə? Xeyr bu sıçrayan qurbağadır (Dana dalmatina)

Qurbağa (Rana dalmatina)