Facebook "həqiqi ad" siyasətinə görə üzr istəyib

Şəklin mənbəyi, AP
Transgender, transvestit və ev zorakılığı qurbanlarının kollektiv müraciətlərindən sonra Facebook qeydiyyatdan keçirilən adlara dair siyasətini dəyişdirib.
Şirkət hesab sahiblərini "gündəlik həyatda işlətdiyi real adları" Facebook hesablarında istifadə etməyə səsləyib.
İndiyədək qeydiyyatdan "həqiqi ad"la keçməyi tələb edən şirkət ötən ay bu siyasətin şərtlərinə cavab verməyən yüzlərlə istifadəçinin hesabını bağlayıb.
Buna görə şəbəkənin nümayəndəsi "son bir neçə həftə ərzində əziyyət" çəkən istifadəçilərə üzrhaxlığını bildirib.
"Həqiqi ad" siyasətinə etiraz edənlər onun bir neçə sosial qrup nümayəndələrinə təhlükə yaratdığını bildirirdilər.
Transgender Law Center təşkilatının nümayəndəsi Mark Snyder Facebook-un addmını alqışlayaraq deyib ki, daha öncədən "həqiqi ad" siyasətinə qarşı San-Fransisko şəhərində keçirilməsi planlaşdırılan etiraz aksiyası artıq şənliklərə çeviriləcək.




















