You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Məşhur robot Sophia Azərbaycanda necə Səfiyyə oldu?
Video açılmasa, buradan izləyin.
Bu həftə Azərbaycana gətirilmiş məşhur robot Sophia-nın fəaliyyəti - "qatıldığı" tədbirlər və dedikləri sözlər sosial media istifadəçilərinin gözündən heç yayınmayıb.
Sosial şəbəkələrdə robotun İmişli rayonunda prezident İlham Əliyevə təqdim edilməsindən, ASAN Xidmətdə vətəndaş sorğuları keçirməsi və qatıldığı tədbirlər əyləncəli şərh edilib.
Bəzi şərhlərdə robot "Səfiyyə" adlandırıb, yerli mətbəxlə "tanış edilib" və hətta onun Azərbaycan dilində Facebook səhifəsi də yaradılıb.
Ay Quluxanova ona belə cavab verib: "Bizde isiqlar tez tez sonur ama, bunu da nezerde tut".
ASAN Xidmət isə robota Asan Viza verilməsi prosesini əks etdirən foto paylaşıb.
Gələn şərhlərdə isə istifadəçilər onun gömrükdən necə keçməsi və tibbi sığortasının olub-olmaması ilə maraqlanıblar:
Orxan Bağırov Həqiqətən Sofiyaya Səudiyyə Ərəbistanı vətəndaşı kimi viza verildi, əşya kimi gömrük olundu yoxsa tranzit əşya kimi keçirildi? ))
Kamran Ata isə Miqrasiya Məcəlləsindən çıxarış edib:
"Robota viza verilibsə qanun pozuntusu olub. Tibbi sığortası var idi? :)"
36.1.4. tibbi sığorta şəhadətnaməsinin surəti (dəvət edən tərəf tibbi xidmətləri öz üzərinə götürmədikdə);"
Politicians of Çayxana səhifəsi isə Sophia-nın fotosunu belə bir şərhlə paylaşıb:
"- Robot Sophia, what is your purpose? + I'll destroy huma... just kidding, I want to be a "harınlamış məmur balası" [məqsədin nədir? Mən insa... məhv edəcəyəm. zarafat edirəm, "harınlamış məmur balası" olmaq istəyirəm"] .
Sophia 2017-ci ilin noyabrında təqdim edilib. Sophia jestləri, göz təması və cavablarına görə insana ən yaxın olan humanoid sinfinə aid robot hesab edilir. Robot ilk dəfə təqdim edilən də o qədər maraq doğurub ki, ona yüzlərlə insanın iştirak etdiyi tədbirdə dərhal Səudiyyə vətəndaşlığı verilib.