Şəkillərdə: Bakıda qar

Çap edildi

Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur. Fotoreportajı BBC Azərbaycanca üçün Gülər Abbasova hazırlayıb.

Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur.
Şəklin alt yazısı, Bakıda yanvarın 28-dən fasilələrlə, intensiv yağan qarlı və şaxtalı hava müşahidə olunur.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə fevralın 1-də yağan qar örtüyünün hündürlüyü Bakıda 23 sm olub.
Şəklin alt yazısı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə fevralın 1-də yağan qar örtüyünün hündürlüyü Bakıda 23 sm olub.
Vətəndaşların piyada gediş-gəlişini asanlaşdırmaq üçün paytaxtın mərkəzi küçələrində, bulvar ərazisində təmizlik işləri aparılıb.
Şəklin alt yazısı, Vətəndaşların piyada gediş-gəlişini asanlaşdırmaq üçün paytaxtın mərkəzi küçələrində, bulvar ərazisində təmizlik işləri aparılıb.
Qarlı, şaxtalı hava şəraitinin davam etməsinə baxmayaraq paytaxt sakinləri, xüsusi ilə də gənclər birlikdə gəzintiyə çıxıblar.
Şəklin alt yazısı, Qarlı, şaxtalı hava şəraitinin davam etməsinə baxmayaraq paytaxt sakinləri, xüsusi ilə də gənclər birlikdə gəzintiyə çıxıblar.
Atraksionlar işləməsə də sakinlər bulvar ərazisində piyada gəzintiyə üstünlük veriblər.
Şəklin alt yazısı, Atraksionlar işləməsə də sakinlər bulvar ərazisində piyada gəzintiyə üstünlük veriblər.
Gecədən davamlı yağan qar səhər saatlarında nəqliyyatın hərəkətində çətinlik yaradıb. Şəhərin mərkəzi küçələrində qısa zamanda təmizlik işləri aparılandan sonra hərəkət bərpa olunub.
Şəklin alt yazısı, Gecədən davamlı yağan qar səhər saatlarında nəqliyyatın hərəkətində çətinlik yaradıb. Şəhərin mərkəzi küçələrində qısa zamanda təmizlik işləri aparılandan sonra hərəkət bərpa olunub.
Bu gün orta məktəblərdə qış tətilindən sonra ilk dərs günü olsa da, şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
Şəklin alt yazısı, Bu gün orta məktəblərdə qış tətilindən sonra ilk dərs günü olsa da, şaxtalı-qarlı hava ilə əlaqədar dərsə davamiyyət aşağı düşüb.
Dərsə getməyən məktəblilər bu günlərdə qar sevincini yaşayır.
Şəklin alt yazısı, Dərsə getməyən məktəblilər bu günlərdə qar sevincini yaşayır.
Bir çox adam qara görə maşınlarını istifadə etməmək qərarına gəlib.
Şəklin alt yazısı, Bir çox adam qara görə maşınlarını istifadə etməmək qərarına gəlib.
Hava proqnozuna görə fevralın 2-də paytaxda gecə 4-6 dərəcə şaxta olacağı, bəzi yolların buz bağlayacağı gözlənir.
Şəklin alt yazısı, Hava proqnozuna görə fevralın 2-də paytaxda gecə 4-6 dərəcə şaxta olacağı, bəzi yolların buz bağlayacağı gözlənir.