Fransa nazirinin açıqlaması Bakını qəzəbləndirib

Videonun alt yazısı, Fransanın açıqlaması Bakını qəzəbləndirib
Fransa nazirinin açıqlaması Bakını qəzəbləndirib

Fransalı nazirin Azərbaycanla bağlı verdiyi açıqlamalar Bakını qəzəbləndirib.

Fransanın Avropa və xarici işlər naziri Jan-Nöel Baro Fransa Senatında sual-cavab sessiyasında Qarabağda ermənilərə məxsus tarixi və dini abidələrinin dağıdılmasından danışıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə fransalı rəsminin mədəni və dini irslə bağlı dediklərini "təhrikçi açıqlama" adlandırıb və bildirib ki, fransalı nazir Ermənistanın Qarabağa nəzarət etdiyi illərdə Azərbaycan mədəni irsinə vurulan zərəri nəzərə almır.