2026 Dünya Çempionatı: İran komandası necə oynadı?

Şəklin mənbəyi, ATTA KENARE / AFP/Getty Images
İranlı məşqçi Əmir Qalenoyi bildirib ki, komandasının Dünya Kubokunda oyunlara məğlubiyyətsiz başlamaları onların turnirdən əvvəl və turnir zamanı qarşılaşdıqları çətinliklər nəzərə alınarsa, illər sonra da danışılacaq.
İran bazar günü Belçika ilə heç-heçə etdi və 10 nəfərlə oynadı. Onlar həmçinin G qrupundakı ilk matçında Yeni Zelandiya ilə heç-heçə etmişdilər.
İranın Dünya Kubokunda iştirakı bir müddət ev sahibi ABŞ ilə müharibə səbəbindən qeyri-müəyyən idi.
Rəqib komandaların yoldaşlıq oyunlarının ləğvi də İranın hazırlıqlarına mənfi təsir göstərib.
Qalenoyi dedi: "Mən altı ay əvvələ qayıtmaq istəyirəm. Altı ay müharibə şəraitində yaşadıq; liqamız oynanılmadı".
"Bir çox komanda bizə qarşı oyunlarını ləğv etdi. Dünya Kubokuna ən pis şərtlər altında gəldik".
İran turnir zamanı müxtəlif çətinliklərlə üzləşib: Komandanın təlim-məşq düşərgəsi Meksikada olub və viza tələblərinə görə, ABŞ-dakı oyunlarından cəmi bir gün əvvəl ölkəyə girməli və oyun günü yenidən ayrılmalı olublar.

Şəklin mənbəyi, Tayfun Coskun/Anadolu via Getty Images
Misirlə 1-1 hesablı heç-heçəyə baxmayaraq, İranın üçüncü yeri tutan səkkiz ən yaxşı komandadan biri olmaq şansı var idi.
Lakin Əlcəzair və Avstriyanın dramatik şəkildə 3-3 hesablı heç-heçə ilə oynaması onları yarışdan çıxardı.
ABŞ Daxili Təhlükəsizlik Departamentinin rəhbəri Markveyn Mallin bazar ertəsi günü deyib: "Onların işini bitirdiklərinə və geri qayıtmadıqlarına şadam".
O bildirib ki, hətta sevincindən "bir-iki mahnı oxuya və ya hətta rəqs edə bilər".
İran Futbol Federasiyası isə Mullinin şərhlərindən təəccüblənmədiyini bildirən bir bəyanatla cavab verib.
Bəyanatda deyilirdi: "İranlılar ABŞ rəsmilərinin pis rəftarına və yalanlarına öyrəşiblər, ona görə də İranda heç kim bu düşmən ifadələrdən təəccüblənmir".
"Bu şərtlər altında oynamaq..."
İranın məşqçisi Əmir Qalenoyinin sözlərinə görə, onun oyunçuları üzləşdikləri bütün problemlərə baxmayaraq, artıq əhəmiyyətli bir uğura imza atıblar.
"Bu şərtlər altında Dünya Kubokuna vəsiqə qazanan oyunçular təbrikə layiqdirlər", - deyə Qalenoyi sözünə davam edərək bildirib:
"Belçika matçında qalib gəlmək şansımız var idi, amma düşünürəm ki, bu, böyük bir nailiyyətdir".
O əlavə edib ki, oyunlardan əvvəl məşq etmək üçün 16 saatdan az vaxtları olub.
"Bu, futbol tariximizə yazılacaq və gələcək nəsillər nələrə nail olduğumuzdan danışacaqlar", Qalenoyi deyib.
İran-Yeni Zelandiya yarışıbda bayraq davası
BBC News Azərbaycancanın xəbərlərini indi telefonunuzda ala bilərsiniz.
Buradan izləyin
WhatsApp reklamı-ın sonu
İran-Yeni Zelandiya arasında Los-Ancelesdə keçirilən və 2-2 hesabı ilə başa çatan oyun öncəsində bir qrup azarkeş etiraz üçün toplaşmışdı.
Los-Ancelesdən xəbər verən BBC müxbiri Shaimaa Khalil deyib ki, bir çox İran əsilli amerikalının oyunun keçiriləcəyi stadiona axın edib, lakin bir qisminin məqsədinin alqışlamaq deyil, etiraz etmək olub.
FİFA-nın xaricdə yaşayan bir çox iranlı üçün güclü bir simvol olan inqilabdan əvvəlki Şir və Günəş bayrağını qadağan etmək qərarının qəzəb doğurduğu qeyd edildi.
Etirazçılardan biri Arezo Rashidian "Bura İran xaricindəki ən böyük iranlı icmasıdır. Bir çoxumuz inqilabdan sonra bura gəlmişik. FİFA-nın qadağasına qarşı çıxırıq və İran xalqı ilə həmrəyik" dedi və əlavə etdi:
"Rejimin idmançıları təbliğat vasitəsinə çevirməsi üzücüdür. İdmançıların idmançı olaraq qalmasını istəyirik".
İranlı oyunçular bu komandanın hakimiyyətin komandası olduğu iddiasını rədd edirlər.
Oyundan əvvəl təşkil olunan mətbuat konfransında iranlı hücumçu Mehdi Taremi komandanın həm ölkə daxilində, həm də xaricindəki bütün iranlılar üçün oynadığını və siyasətə qarışmadıqlarını vurğuladı.
Khalil, "İran milli komandasının rəsmiləri dəfələrlə futbol vasitəsilə insanları birləşdirmək istədiklərini söylədilər, lakin buradakı ab-hava bunun tam əksidir" dedi.
Buna baxmayaraq, oyun zamanı bir çox iranlı azarkeş stadionun daxilində öz ölkəsini dəstəklədi.
ABŞ və İran arasında atəşkəs razılaşmasının elan edildiyi 14 iyunda İran Milli Komandası Yeni Zelandiya oyunu üçün ABŞ-ın Los-Anceles şəhərinə çatmışdı.
Komanda müharibə səbəbindən 2026 Dünya Kuboku üçün təlim-məşq toplanışını Meksikaya köçürmüşdü.
Meksika Prezidenti Claudia Sheinbaum ABŞ-ın İranı qəbul etmək istəmədiyini iddia etmişdi.
İranda Mehdi Taremi və Alireza Jahanbakhsh heyətə daxil edilib.
Otuz üç yaşlı Taremi Olimpiakosda çıxış edir; keçmiş Brighton cinah oyunçusu Jahanbakhsh isə Belçika Pro Liqasında Dender forması geyinir.

Şəklin mənbəyi, Getty Images
Sərdar Azmun Tehrana sədaqətsizlik nümayiş etdirdiyi barədə xəbərlərdən sonra İranın Dünya Kuboku heyətinə salınmayıb.
Birləşmiş Ərəb Əmirliklərində Shabab Al-Ahli komandasında çıxış edən hücumçunun ölkəsinin rəhbərlərini qəzəbləndirdiyi qeyd olunur.
İranın ABŞ və İsrail ilə yaşadığı münaqişənin ortasında, Azmunun mart ayında BƏƏ hökmdarı Məhəmməd bin Rəşid Əl Məktum ilə çəkilmiş şəklini paylaşmaq qərarı ilə hökuməti qəzəbləndirdiyi düşünülür.
Milli komandada 91 oyunda 57 qol vuran Azmun ilkin heyətə düşə bilmədi və İranın baş məşqçisi Amir Ghalenoei ölkəsinin iştirakının şübhə altında olduğu turnir üçün onu yenə də heyətə daxil etməmişdi.
Meksika xalqına təşəkkür
İran komandası təlim bazasında bir əlyazma qoyub: bu qeydə onlar Meksika xalqına təşəkkür edirlər.
"Əsl ev sahibliyi hörmət, insanlıq və ləyaqət deməkdir. Biz Tijuana xalqının xeyirxahlığını heç vaxt unutmayacağıq", - deyə bu yazılı mesajda bildirilib.
"Bu gündən etibarən Meksika bizim üçün həmişə ev sahibi ölkədən daha çox şey olacaq; o, bizim ikinci evimiz və ikinci komandamız olacaq.
Bu Dünya Kubokundan qürurla, eyni zamanda bir fundamental sualla ayrılırıq: Hər komanda həqiqətən bərabər şərtlər və bərabər peşəkar standartlar altında yarışdımı?
Bəlkə də bir gün tarix İranın bu Dünya Kubokunda iştirakını kimin həqiqətən qarşıladığını və kimin səyahətimizin daha tez bitməsini istədiyini müəyyən edəcək", - komandaya aid olduğu deyilən əlyazmada vurğulanıb.

























