Bakıda mal ətinin qiymətinin yenə bahalaşdığı deyilir

Videonun alt yazısı, Bakıda mal ətinin qiymətinin yenə bahalaşdığı deyilir
Bakıda mal ətinin qiymətinin yenə bahalaşdığı deyilir
Çap edildi

Azərbaycanda mal ətinin qiyməti bahalaşıb.

Yerli televiziyalar mal ətinin 1-2 manat civarında bahalaşdığını xəbər veriblər.

Qiymətlərin həm Bakıda, həm də bölgələrdə bahalaşdığı deyilir.

Dövlət Statistika Komitəis də aylıq qiymətlər barədə nəşrində ət və ət məhsullarının həm avqust, həm də iyul ayında bahalaşdığını göstərib.

Ətin bahalaşması xəbərlərindən sonra sosial mediada istifadəçilər müzakirələr açıblar.

Elmarino.official adlı biri yazır ki, "Heç kim demir ki, qiymət bir manat yox, 5 manat qalxıb. Bu il 14 manat idi, indi 19 olub... Bəs bir il ərzində neçə dəfə maaş qalxdı?"

Nazrin22 sual edir ki, "Bahalaşmayan nə qalıb ki? Yəqin ağıllı, normal işləyən hər kəs gündəlik bahalaşmanı görür".

Yuel.81 adlı istifadəçi yazır ki, "Mal-qara saxlamaq üçün örüşlər azalıb".

Qaqas1642 yazır ki, "Ayda bir dəfə alırdıq, görürəm ki, onu da ala bilməyəcəyik daha. Nəyə əsasən bu qiymətlər belə insafsızcasına qalxır, bilən var?"

Yerli media bildiri ki, ətin bahalaşmasına səbəb bölgələrdə heyvan sayının azalması, yemin və otun bahalaşmasıdır.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov deyib ki,

Sitat: "Dövlət Proqramı yeni qəbul olunub. Proqramın icrasına hələ indi başlanılacaq. İcra olunduqca ölkədə kənd təsərrüfatı məhsullarının, o cümlədən ət istehsalının artırılmasına nail olmağa çalışacağıq. Ət istehsalı artdıqca qiymətlər də daha çox stabilləşəcək" sitatın sonu, Trend agentliyi yazıb.