Ermənistan Azərbaycana "mal ixrac edib"

Videonun alt yazısı, Ermənistan Azərbaycana "mal ixrac edib"
Ermənistan Azərbaycana "mal ixrac edib"
Çap edildi

Ermənistan Azərbaycana aliminium folqa ixrac edib.

Bunu jurnalistlərə ölkənin iqtisadiyyat naziri Gevorq Papoyan bildirib. O, malın həcmi və nə vaxt göndərilməsi barədə məlumat verməyib.

Onun bu açıqlamasına Azərbaycanda hələ reaksiya yoxdur.

Yaxın gələcəkdə Azərbaycana başqa hansı məhsulların ixrac olunacağını barədə suala isə Gevorq Papoyan belə cavab verib: "Baxarıq".

Bakı və Yerevan ötən il Vaşinqtonda sülh sazişini parafladıqdan sonra Azərbaycandan Ermənistana bir neçə dəfə benzin və dizel yanacağı göndərilib.

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycandan Ermənistana 17,6 milyon dollar dəyərində məhsul ixrac edilib, bunu Azərbaycan Dövlət Gömrük Komitəsi açıqlayıb.

Mart ayında Ermənistandan Azərbaycana 960 dollarlıq mal göndərildiyi bildirilib. Sonradan Dövlət Gömrük Komitəsi izah edib ki, bu məhsul Niderlanddan Ermənistana göndərilən qızılgül olub və ordan Azərbaycana gətirilib, yerli media yazıb.

Gevorq Popayanın bu açıqlaması iki ölkə arasında tarixi-mədəni mübahisələrin qızışdığı bir vaxta təsadüf edir.

Azərbaycan və Ermənistan arasında sülh quruculuğunda iştirak edən vətəndaş cəmiyyəti təmsilçilərinin Yerevanda nəzərdə tutulan görüşü bu mübahisələrə görə təxirə salınıb, - hər iki ölkənin mediası yazıb.