Təbrizdə “Koroğlu” tamaşası niyə mübahisə yaratdı?
Təbrizdə “Koroğlu” tamaşası niyə mübahisə yaratdı?
Çap edildi
Yaqub Sədiq-Cəmalinin hazırladığı türkcə “Koroğlu” tamaşasının yeni nümayişləri Təbrizin 29 Bəhmən açıq hava amfiteatrında başlayıb.
200-ə yaxın qadın və kişi sənətçinin iştirakı və geniş rəqs səhnələriylə bu tamaşa mediada “meqaproje” adlandırılır.
Ancaq yaratdığı siyasi və məzhəbi mübahisələr tamaşanın özündən daha çox gündəm olub.



