Rusiya Ermənistana: Sizə qaz vermərik!
Rusiya Ermənistana: Sizə qaz vermərik!
Çap edildi
Moskva Ermənistana xəbərdarlıq edib ki, əgər Ermənistanın Avropa İttifaqına üzv olmaq prosesi davam edərsə, Rusiya qaz, neft məhsulları, emal olunmamış almaz tədarükü ilə bağlı müqavilələri dayandıra və ya ləğv edə bilər.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu barədə Ermənistana rəsmi məktub göndərildiyini bildirib. Bunu Ermənistan XİN-i də təsdiqləyib.
Daha əvvəl Baş nazir Paşinyanla görüşü zamanı Prezident Putin Ermənistan üçün qazın satış qiymətinin artırıla biləcəyinə işarə etmişdi.



